Gündəm / İqtisadiyyat / Cəmiyyət

"Kapitalbank"ın "hoqqalar"ına "Yelo bank" da qoşuldu... - NARAZILIQ


Kanal14.az: - Müşahidələrimizə görə, Azərbaycanda fəaliyyət göstərən bütün bankların "müştəri məmnuniyyəti"ini yalnız televiziyalardan, reklamlardan çarxlarından izləyirik. Realda gördüklərimiz isə hər gün sosial media və sosial şəbəkələrdə paylaşılan giley, narazılıqlardır.

Onu da qeyd edək ki, haqqında ən çox narazılıq olan banklardan biri, hətta birincisi "Kapital bank"dir. Son günlər isə bu siyahıya "Yelo bank" da öz adını salmağı bacarıb.

"DogruXeber.az" xəbər verir ki, Facebook sosial şəbəkəsində, şikayət qruplarından birində Vadim Rzayev adlı istifadəçi hər iki bankdan narazılıq edir.

Vadim Rzayev yazır:

"Hamiya salam. Şikayətim "Kapital Bank" və "Yelo Bank" . Deməli, fevral ayının 17 -də "Yelo bank" app-de virtual card yaratdım və həmin karta 30 azn mədaxil etdim. "Kapital bank" kartı ilə. Lakin, pul indiyə qədər oturmayıb. "Kapital bank"a müraciət etdim, onlar dedilər ki, "5 iş günü ərzində pul oturmasa, qaytararıq". Lakin, üstünnən 5 iş günü keçsə də pul oturmadı. Daha sonra "Kapital bank" dedi ki, "pul artıq köçürülüb və təsdiqlənib ayın 22-də". Daha sonra "Yelo banka" müraciət etdim, çıxarış təqdim etdim, araşdırma zamanı dedilər ki, belə tranzaksiya mövcud deyil deyə, heç nə edə bilmirik. İndi isə "Yelo bank" deyir, "Get "Kapital bank"a", "Kapital bank" isə deyir, "Get "Yelo bank"a". Sizdən xahiş edirəm ki, mənim 30 azn vəsaitimi ya kapital kartıma qaytarılsın, və ya "Yelo bank" kartıma otursun!!!"