Gündəm / İqtisadiyyat / Cəmiyyət / Sosial / Təhsil / Səhiyyə / Foto

Müəmmalı müqavilələr...

Müəmmalı müqavilələr...

"Kanal14.az" "DogruXeber.az"a istinadən xəbər verir ki, "Dövlət Satınalma Portalı"nda 11.03.2022--ci il tarixində bir neçə şirkət və müəssisələrin bağladıqları tender müqavilələri barəsində məlumat dərc edilib. Lakin, dərc edilən müqavilə məlumatları arasında bəziləri diqqət çəkib.

Belə ki, "Salyan rayon Mərkəzi Xəstəxanası" Publik Hüquqi Şəxsi ilə Salyan Mənzil İstismar Təmir - Tikinti İstehsalat Birliyi (VÖEN - 7000154771) arasında bağlanmış "Çirkab suların daşınması" (məbləğ - 2695.68 AZN) və "Məişət tullantılarının daşınması" (məbləğ - 9072 AZN) (müsabiqə adı "bir mənbədən istifadə) müqavilələri,

Müəmmalı müqavilələr...

Müəmmalı müqavilələr...


Ərazi Tikinti Planlaşdırma Mərkəzi ilə İnşaat Servis - 2 (VÖEN - 1001716061) arasında bağlanmış (məbləğ - 3500000 AZN"Ermənistan Respublikası silahlı qüvvələrinin Azərbaycan Respublikası ərazisinə təcavüzü nəticəsində Gəncə şəhərində dağıdılmış, qəzalı vəziyyətə düşmüş, təmir və bərpaya ehtiyacı olan fərdi yaşayış evləri və qeyri-yaşayış obyektlərinin tikintisi, təmiri və bərpası işləri"nin satın alınması" müqaviləsi,

Müəmmalı müqavilələr...

Müəmmalı müqavilələr...


Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyinin Bitki və Mühafizə və Texniki Bitkilər Elmi Tədqiqat İnstitutu ilə Fiziki şəxs Cəfərov Elxan mayıl oğlu (VÖEN - 2304961272) arasında bağlanmış (məbləğ- 13.656 AZN) "Mallar (işlər və xidmətlər) üzrə müqavilə"

Müəmmalı müqavilələr...


Müəmmalı müqavilələr...


və Mənəvi Dəyərlərin Təbliği Fondu ilə "Admedia.az" MMC (VÖEN - 2002644161) arasında bağlanmış ""Mənəvi Dəyərlər” adlı 25 dəqiqəlik, həftəlik radio verilişin hazırlanaraq efirə verilməsi" (məbləğ - 59000 AZN) müqaviləsi barəsində ətraflı məlumat bölməsi boş saxlanılıb.

Müəmmalı müqavilələr...

Müəmmalı müqavilələr...


Yəni, yuxarıda sadaladığımız müqavilələrin katirovka sorğusu barəsində heç bir məlumat göstərilməyib ki, bu da bəzi şübhələr doğurur.

Qeyd edək ki, "Mənəvi Dəyərlərin Təbliği Fondu" bu həftə ərzində bir deyil, bir neçə bu cür müqavilələr imzalayıb və bütün müqavilələr barəsində Dövlət Satınalma Portalında ətraflı məlumat verilməyib.

Məlumatda adları çəkilən tərəflərin də mövqeyini dinləməyə və dərc etməyə hazırıq.

DogruXeber.az