Kremlin sözçüsü Peskov Ukrayna ilə mümkün barışıqla bağlı sualları cavablandırıb.

"Kanal14.az" xəbər verir ki, onun sözlərinə görə, "Krım Rusiyanın bölgəsidir, Luqansk və Donetsk müstəqil respublikalardır və belə tanınmalıdırlar", - deyə  bildirib. 

Peskov ABŞ-ın Rusiyaya qarşı tətbiq etdiyi enerji sanksiyaları haqda belə danışıb:

"ABŞ Rusiya ilə iqtisadi müharibə elan edib. O, bu müharibəni de-fakto aparır. Biz enerji bazarlarında turbulentlik görürük. Vəziyyətin dərindən təhlili tələb olunur. Biz etibarlı enerji təchizatçısı olmuşuq, varıq və olacağıq".