Gündəm / Dünya

Nazir: “Gürcüstan sərhədlərini qorumaq üçün əlindən gələni edir”

Nazir: “Gürcüstan sərhədlərini qorumaq üçün əlindən gələni edir”

 

"Gürcüstan sərhədlərini qorumaq üçün mümkün olan hər şeyi edir”.

Kanal14.az yerli mediaya istinadən xəbər verir ki, bunu Gürcüstanın daxili işlər naziri Vaxtanq Qomelauri deyib.

"Heç bir ölkənin, o cümlədən böyük dövlətlərin 100 faiz qorunan sərhədi yoxdur. Mənim sərhədlərin 100 faiz qorunmasını deməyim düzgün olmazdı, lakin biz bunun üçün əlimizdən gələni edirik. Qonşularımız Azərbaycan, Ermənistan, Türkiyə bizim dostlarımızdır, problem Rusiya ilə bağlı ola bilər”, - deyə nazir bildirib.