Bu gün keçirilən hərraclar zamanı Avropada qazın 1000 kubmetrinin qiyməti tarixi rekordu yeniləyib.

"Kanal14.az" xəbər verir ki, hərracların sonunda Niderlandın "Title Transfer Facility"də (TTF) hesabında aprel fyuçerslərinin qiyməti 3000 dolları ötüb.

Avropada qazın qiyməti 3 639,1 dollar təşkil edib ki, bu da öncə ki hesablama qiyməti (2 170,2 dollar) ilə müqayisədə 67,7% çoxdur.