Bu il yaz fəslinin ölkəmizə qədəm qoyması martın 20-də yerli vaxtla saat 19:33-ə təsadüf edəcək.

"Kanal14.az" xəbər verir ki, bu zaman gecə ilə gündüz bərabərləşir.

Günəş ekliptika üzrə hərəkət edərək ekvatoru kəsərək Cənub yarımkürəsindən Şimal yarımkürəsinə keçir və həmin andan Şimal yarımkürəsində yaz fəsli başlayır.