"Kanal14.az"  xəbər verir ki, bu barədə BNA məlumat yayıb.

Bildirilib ki, Sabunçu yol qovşağının yaxınlığında "Vətən.az” MMC-nin müvəqqəti istismarında olan 166 nömrəli müntəzəm marşrut xətti üzrə hərəkət edən 10 TG 010 Dövlət Qeydiyyat Nişanlı avtobusun iştirakı ilə yol-nəqliyyat hadisəsi qeydə alınıb. 

Sərnişin avtobusu kommunal xidmət avtomobili ilə toqquşub. Hadisə nəticəsində üç nəfər xəsarət alıb.

Hadisə ilə bağlı Bakı Nəqliyyat Agentliyində araşdırma aparılır. "Vətən.az” MMC-dən məsul şəxs Sənan Səlimov Agentliyə çağırılıb.