Cəfər Cabbarlı adına "Azərbaycanfilm” kinostudiyasının direktoru Fariz Əhmədov vəzifəsindən ayrılıb.

"Kanal14.az" xəbər verir ki, bu barədə F.Əhmədov özü bildirib.

Onun sözlərinə görə, martın 1-dən kinostudiyanın direktoru vəzifəsindən ayrılıb.

F.Əhmədov fəaliyyətini audiovizual layihələrin istehsalı sahəsində davam etdirəcək.

Qeyd edək ki, Fariz Asif oğlu Əhmədov 2020-ci ilin sentyabrın 30-dan bu vəzifədə çalışırdı.