Modelyer İvana Sert mükafatlandırma gecəsində jurnalistlərin suallarını cavablandırıb.

"Kanal14.az"  xəbər verir ki, modelyer brendlərdən geyinməyə üstünlük vermədiyini açıqlayıb:

"Paltarlarımı özüm tikirəm, geyimə heç vaxt çox pul xərcləməmişəm. Pulumu əmlaka yatırıram. Yaxşı geyinmək üçün varlı olmağa ehtiyac yoxdur. Geyimlərimi bazardan alıram. İkinci əl paltarlardan da istifadə edirəm".