Gündəm / Siyasət / Dünya

"Ukraynanın Aİ-yə üzvlüyü ilə bağlı qərar vermək üçün həlledici an çatıb" - Zelenski


Kanal14.az: - "Ukraynanın Avropa İttifaqına (Aİ) üzvlüyü ilə bağlı qərar vermək üçün həlledici an çatıb”.

Bu barədə Ukrayna Prezidenti Volodimir Zelenski Aİ Şurasının Prezidenti Şarl Mişellə telefon danışığında deyib.

"Uzun müddətdir davam edən müzakirələri birdəfəlik bağlamaq və Ukraynanın Avropa İttifaqına (Aİ) üzvlüyü ilə bağlı qərar vermək üçün həlledici an çatıb. Mən Aİ Şurasının Prezidenti ilə daha çox səmərəli yardım və ukraynalıların öz azad gələcəkləri uğrunda apardığı qəhrəman mübarizəni müzakirə etdim”, - o vurğulayıb.