Azərbaycan Prezidenti İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyeva Xalq artisti Əlibaba Məmmədovun dəfn mərasiminə əklil göndərib.

"Kanal14.az" xəbər verir ki, əklil sənətçinin məzarı önünə qoyulacaq.

Qeyd edək ki, Ə.Məmmədov fevralın 25-də 92 yaşında vəfat edib. O, birinci Fəxri xiyabanda dəfn olunacaq.