Bakıda evdə yanğın hadisəsi baş verib.

"Kanal14.az" Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən xəbər verir ki, Bakı şəhərinin Binəqədi rayonunda ümumi sahəsi 70 m² olan kürsülü, birmərtəbəli evin dəhlizinin, mətbəxinin tavanı və dam örtüyünün yanar konstruksiyaları 20 m² sahədə yanıb. Yanğın zamanı evin içərisində həcmi 20 litr olan 1 ədəd məişət qaz balonu yanğınsöndürənlər tərəfindən təhlükəsiz əraziyə çıxarılıb. Evin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.