Gündəm / Cəmiyyət

Xəyalə Təhməzi Beynəlxalq Konqresdə ölkəmizi təmsil edib

Türkiyədə düzənlənən hamiləlik , doğum və zahılıq dövrünə həsr olunmuş Beynəlxalq Konqresdə Azərbaycanı tanınmış mama-ginekoloq, tibb üzrə fəlsəfə doktoru Xəyalə Təhməzi təmsil edib.  Müxtəlif ölkələrdən müvafiq sahədə çalışan həkim-alimlərin bir araya gəldiyi  toplantıda  hamiləlik dönəmi və  doğumdan sonrakı proseslər birgə müzakirə olunub,  tibbi heyətlərin  təcrübə mübadiləsi aparılıb. Tibb üzrə fəlsəfə doktoru Xəyalə Təhməzli bildirib ki, müzakirələrdə cərrahi doğumların qarşısının alınması, təbii doğumların təbliğatının vacibliyi önə çəkilib: "Alimlər, professorlar təbii doğumlara üstünlük verilməsi, bu istiqamətdə birgə həll  yollarının  araşdırılmasından bəhs etdilər. Bütün dünya alimlərini qayğılandıran bu məsələyə mən də toxundum.   Hamiləlik, doğum və zahılıq dövrünə həsr olunmuş Beynəlxalq Konqresdə ölkəmizin bu sahədəki təcrübəsini bölüşdüm. Toplantlda iştirak edən  dünyanın müxtəlif nüfuzlu alimlərini ölkəmizdə bu sahədə görülən işlərlə tanış etdim.  Azərbaycan həkimi olaraq  çıxışım, hamilələrə nəzarət, doğumun aparılmasına dair    təcrübəmiz, sözügedən sahədə imza atdığımız   işlər, yeniliklər  digər ölkələrin alim-professor heyəti tərəfindən, konqresin rəhbərliyi tərəfindən rəğbətlə qarşılandı, göstəricilərimiz yüksək dəyərləndirildi.  Təcrübəmizlə tanış olan konqres iştirakçıları Azərbaycanda sözügedən sahədə görülən işlərin  beynəlxalq standartlara uyğun həyata keçirilməsindən məmnunluqlarını ifadə etdilər. Belə bir mötəbər toplantıda ölkəmi təmsil etməkdən qürur duyuram".