Britaniyalı musiqi prodüseri, yutuber Camal Edvards dünyasını dəyişib. 

"Kanal14.az" xəbər verir ki, 31 yaşlı Camal ötən gün evində ölü halda tapılıb. Onun ölüm səbəbi açıqlanmayıb. 

Qeyd edək ki, Camal bir çox tanınmış simanın karyerasına başlamaqda yardımçı olan "SBTV" onlayn platformasının sahibi idi.