Xalq artisti Emin Ağalarov "YouTube"da yayımlanan "Историс - Откройте, Давид!" layihəsinin qonağı olub.

"Kanal14.az" xəbər verir ki, müğənni ilk qazandığı məbləğdən danışıb. 

"Mənim üçün pul bir alətdir, ideyalarımı gerçəkləşdirmək üçün vasitədir. Pul heç vaxt çatmır, çünki ideyalar çoxdur. Onların gerçəkləşdirilməsi üçün böyük məbləğ lazım olur",- deyə, Emin bildirib.

Emin Ağalarov  həmçinin Amerikada yaşadığı ərəfə qazandığı məbləğdən söz açıb:

"İlk işim benzindoldurma məntəqəsində olub. Saatıma 5 dollar ödəyirdilər. İlk pulumu Ebay-dakı hərrac vasitəsilə əldə etmişəm. Əvvəlcə kiçik gəlirlər əldə edirdim, sonra məbləğ böyüdü. Amerikada qarderobda çalışırdım. İnsanlar var ki, geyindirirsən, sağ ol deyib, pul verirlər, elələri də var heç sənə fikir vermirlər".