Nərimanov Rayon İcra Hakimiyyətinin şöbə müdiri vəzifəsindən azad edilib.

"Kanal14.az"ın əldə etdiyi məlumata görə, bununla bağlı icra başçısı Elgin Həbibullayev əmr imzalayıb.

Əmrə əsasən, RİH-nin ictimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Nurlan Həsənov işdən çıxarılıb. 

Hələlik onun yerinə təyinat yoxdur.

Qeyd edək ki, E.Həbibullayev fevral ayının 18-də Bakı şəhəri Nərimanov Rayon İcra Hakimiyyətinin başçısı təyin edilib.