Fevralın 19-u səhər saatlarına olan məlumata görə, dünyada 422 258 748 koronavirusa yoluxma halı qeydə alınıb.

"Kanal14.az" xəbər verir ki, bu barədə "Worldometer"in məlumatlarında deyilir.

O cümlədən, 5 893 224 ölüm faktı aşkar edilib, 346 866 880 nəfər sağalıb.

Dünya statistikasında COVID-19-a yoluxma hallarının sayına görə liderlər ABŞ (80 024 531), Hindistan (42 802 505) və Braziliyadır (28 064 224).