Fevralın 18-də Polşanın sədrliyi ilə ATƏT-in Daimi Şurasının və ATƏT-in Təhlükəsizlik üzrə Əməkdaşlıq Forumunun birgə xüsusi iclası keçiriləcək.

"Kanal14.az" xəbər verir ki, bu barədə Polşanın Xarici İşlər Nazirliyindən bildirilib. Məlumata görə, iclas Ukrayna XİN-in müraciəti əsasında baş tutacaq.

Toplantıda Rusiya ilə Ukrayna sərhədindəki durum müzakirə olunacaq.