Gündəm / Sosial / Foto / Video

Bir igidin ömrü...- VİDEO // FOTO

Bir igidin ömrü...- VİDEO // FOTO

Kanal14.az: - 30 ildir qan tökə-tökə, can verə-verə, yaşlı gözlərimizlə Qarabağımızı yalnız ekranlardan izləyirdik. Köhnə şəkillərə həsrətlə baxırdıq. Hər bayramda "O gün olsun, növbəti bayramlarımızı Qarabağımızda qeyd edək" arzuları ilə illəri, günləri, bayramları yola salırdıq. Və bu 30 ildə qeyrətli Azərbaycan anaları, ataları güclü, vətənpərvər, cəsur, ər kimi, nər kimi oğullar yetişdirirdilər. Həmin, tərbiyyə və təbliğatla böyüyən, hətta Qarabağın Azərbaycan olduğunu yalnız oxuduqlarından, eşitdiklərindən öyrənən gənc ərənlər 30 ilin həsrətinə, düşmənin bir neçə aya kimlərinsə sayəsində işğal etdiyi torpaqlarımızın 30 illik əsarətinə cəmi 44 gündə son qoydular.

Çox oğullar itirdik. Çox şəhidlər verdik. Allah bütün şəhidlərimizə rəhmət eləsin. Qalan döyüşçü igidlərimiz hamısı ağır psixoloji travma aldı, həmçinin çoxları da yarı canlarından oldular.

Amma, çox təəssüflər olsun ki, o 44 günlük qələbə savaşından sonra çox məmurların kobud desək "iç üzü" ortaya çıxdı. Müharibə dövründə övladlarını ölkədən çıxaran, gizlədən, oğlu gedib şəhid olar deyə, qorxudan ciyəri parçalanan, amma eyni zamanda dövlət büdcəsindən maaş alan, "fırlanan kürsü"sündə əyləşib, rahat rüşvət yeyən çox məmurlar şəhid ailələrinin, qazilərin, döyüş iştirakçılarının da haqqını yeməkdən çəkinmədilər. O gündən bu günə hər gün etiraz, hər gün giley, hər gün narazılıq...

Yeri gəlmişkən, "DogruXeber.az" redaksiyasına daha bir qazi, 3-cü qrup Qarabağ əlili Hüseynov Fərman Fizuliyeviç müraciət edib.



Fərman Hüseynov Ağstafa rayonunun Köçəsgər kəndindəndir. Hazırda Bakı şəhər Nərimanov rayonunda kirayə yaşayır.

Fərman haqqında təkrar yazıb, vaxtınızı çox almaq istəmirik. Yuxarıda videogörüntülərdə onun necə döyüşçü olduğunu, necə şərəfli, eyni zamanda dəhşətli döyüş yolu keçdiyini, həmçinin aldığı yaraları barəsində öz dilindən eşitdiniz zatən. Bu gün isə Fərmanın çox ciddi problemi var. Problem isə ondan ibarətdir ki, Fərmanın qalacaq yeri yoxdur. Valideynlərindən ayrı yaşayır. Kirayə pulunu verə bilmədiyi üçün bir müddət media nümayəndələrinin köməkliyi ilə sığınacağa yerləşdirilib, orada yaşayıb. Lakin, öz dərdi, ağrısı azmış kimi, sığınacaqda yaşayan digər şəxslərin də düşdüyü durumu özünə bir dərd eləyən Fərman Hüseynov, buna tab gətirə bilmədiyi üçün sığınacağı tərk edib, kirayə yaşamağa məcbur qalıb. Əslində Ağstafa rayon İcra Hakimiyyəti ona sakini olduğu kənddə 3 sot həyətyanı torpaq sahəsi təklif edib. Amma, Fərman onu qəbul etməyib. Çünki, o torpaqda ev tikmək, şərait qurmaq iqtidarında deyil. Müharibədə aldığı yaralar və ciddi yanıq xəsarətləri nəticəsində əmək qabiliyyətini itirib. Hazırda pul qazanmaq və ev tikmək mövcud vəziyyəti səbəbilə ona mümkünsüz görünür. Buna görə də Fərman bu gün redaksiyamız vasitəsilə üzünü imkanlı şəxslərə tutub, kömək diləmək qərarına gəlib. Vətən müharibəsi iştirakçısı, xalqa qələbə sevinci bəxş edən ərənlərdən biri olan Fərman Hüseynovun bu gün acizanə şəkildə xalqdan kömək diləməsi adamın vicdanına sərt sillə kimi toxunur.

Güman edirik aidiyyatı qurumlar Fərmanın səsini eşidib, ona lazımi köməklik göstərəcəkdir.

Redaksiyamız hər kəsin söz haqqını tanıyır.

DogruXeber.az

Bir igidin ömrü...- VİDEO // FOTO

Bir igidin ömrü...- VİDEO // FOTO

Bir igidin ömrü...- VİDEO // FOTO

Bir igidin ömrü...- VİDEO // FOTO

Bir igidin ömrü...- VİDEO // FOTO

Bir igidin ömrü...- VİDEO // FOTO

Bir igidin ömrü...- VİDEO // FOTO

Bir igidin ömrü...- VİDEO // FOTO

Bir igidin ömrü...- VİDEO // FOTO

Bir igidin ömrü...- VİDEO // FOTO

Bir igidin ömrü...- VİDEO // FOTO

Bir igidin ömrü...- VİDEO // FOTO

Bir igidin ömrü...- VİDEO // FOTO