Rusiya Prezidenti Vladimir Putinin fransalı həmkarı Emmanuel Makron və Almaniya kansleri Olaf Şolzla görüşdüyü masa dünya mətbuatında gündəm mövzusuna çevrilmişdi. 

"Kanal14.az"  xəbər verir ki, Putinin bu üsulla iki liderə mesaj verdiyi bildirilib. Digər  tərəfdən bu gün Braziliya prezidenti Jair Bolsonaronu qəbul edən Putinin görüşü də diqqət çəkib. 

Belə ki, Putin Bolsonaronu qəbul etdiyi görüşdə digər liderlərə tətbiq etdiyi koronavirus tədbirlərini tətbiq etməyib. Bolsonaro ilə yan-yana oturan Putinin görüş zamanı səmimi rəftarı da diqqət çəkib.

Bolsonaro ilə görüşünün faydalı olacağına ümid etdiyini vurğulayan Putin  "Cənab prezident, sizi görməyə çox şadam və ümid edirəm ki, görüş faydalı olacaq, çünki Braziliya bizim liderimizdir. Latın Amerikasında ticarət və iqtisadi tərəfdaşdır", -  deyə  ifadə  edib. 

Braziliya prezidenti Jair Bolsonaronu da "Əminəm ki, mənim Moskvaya səfərim bütün dünyaya ikitərəfli münasibətlərimizin yaxşı gələcəyinə işarədir”, - deyə bildirib.