Gündəm / Siyasət / Cəmiyyət / Sosial / Foto

Texnikom məzunu pensioner rəis - ŞOK İDDİA

Texnikum məzunu pensioner rəis - ŞOK İDDİA

"DogruXeber.az" redaksiyasına sakinləri tərəfindən ən çox müraciət edilən bölgələrimizdən biri də Mingəçevir şəhəridir. Hansı ki, küçələrdə natəmizlik, məmur tərəfindən məqsədli şəkildə ziyan vurulmuş yaşıllıq ağacları, baha qiymətə satılmış uşaq bağçaları və sair. Əslində bu şəhərdə baş verən qeyri-normal olaylar barəsində biz dəfələrlə məlumatlar dərc etmişik. Çoxsaylı növbəti şikayətləri nəzərə alaraq, növbəti həftə təkrar sözügedən şəhərdə baş verən deyil, baş verməkdə davam edən bəzi proseslər barəsində növbəti məlumatlar yayımlayacağıq. Lakin, bu gün Facebook istifadəçisi Yusif Rəsul adlı şəxsin, şəxsi profil hesabında paylaşdığı bir məlumat diqqətimizi çəkdi. Eyni zamanda bu məlumat sosial şəbəkələrdə də geniş istifadəçi kütləsinin marağına səbəb olub.

Belə ki, məlumatda bildirilir.

"Bu villalar Mingəçevirdəki cuqquluca bir məmurcuğundur. Hələ bu onun milyonlarla ölçüləcək varidatının çox az hissəsidr. O məmur ki, onun çox qaranlıq keçmişi var… İndiki əməlləri isə eşidənləri sözün əsl mənasında ŞOKA SALAR… Onun ilginc həyat tərzi haqqında bizə şokedici məlumatlar daxil olub. Həbs həyatı, müharibdən gizlədilən zabit oğul, polis oğlun iyrənc əməlləri və s…İcra başçısının texnikum bitirimiş və hazırda 66 yaşı olan bu şəxsi vəzifəyə təyin etməsinin diqqətçəkən detalları…Bizi izləyin! Məlumatların səhihliyi dəqiqləşdirilir.Faktlar təsdqini tapan kimi geniş yazını sizlərə təqdim edəcəyik… Aysel Həsənli."

Texnikum məzunu pensioner rəis - ŞOK İDDİA

Texnikum məzunu pensioner rəis - ŞOK İDDİA


Təsəvvür edirsiniz? - 66 yaşda yenicə vəzifəyə təyin edilmək.

Bildiyimiz kimi Azərbaycan Respublikasının konstitusiyasında dövlət büdcəsindən maliyyələşən idarə və təşkilatlarda 65 yaşına çatmış şəxslər təqaüdə göndərildiyi qeyd edilir. İşçinin istəyinə görə onun müqavilə müddəti uzadıla bilər. O da yalnız 5 il. Yəni, 70 yaşa qədər, tərəflərin razılığı ilə uzadıla bilər. Daha konstitusiyada yazılmayıb ki, 65 yaşından yuxarı şəxsləri işə götürə, yaxud vəzifəyə təyin edə bilərsiniz. Görünür bu da İlham İsmayılovun "Burda mənəm, Bağdadda kor xəlifə" prinsipi burda da özünü bütün çılpaqlığı ilə aşkara çıxarıb.

Növbəti həftə İlham İsmayılovun ümidinə qalan Mingəçevirin "ağlayan küçələri"ndən danışacağıq.

Diqqətiniz bizdə olsun.

Redaksiyamız hər kəsin söz haqqını tanıyır.

DogruXeber.az