Gündəm / Cəmiyyət

Rəis: “65 yaşa çatma ilə bağlı əmək müqaviləsinə xitam verilməsi yalnız dövlət müəssisələrinə aiddir”

Rəis:
"65 yaşa çatma ilə bağlı əmək müqaviləsinə xitam verilməsi yalnız dövlət büdcəsindən maliyyələşən müəssisələrə aiddir”.

Kanal14.az  xəbər verir ki, bunu Dövlət Əmək Müfəttişliyi Xidmətinin rəisi Fuad Heydərov "Sosial saat”da deyib.

Onun sözlərinə görə, özəl şirkətin qarşısında belə qanunvericilik tələbi mövcud deyil:

"Əgər işçinin səhhətinin ona və ya ətrafına ziyan verəcəyi müəyyən edilsə, tərəflərin razılığı ilə həmin müqaviləyə xitam verilə bilər. Ancaq bir şərtlə ki, bununla bağlı həmin şirkətin işçi ilə imzaladığı əmək müqaviləsində bu müddəa qeyd olunsun”.