Gündəm / Hadisə

Gürcüstanda daha bir hərbçi ölü tapılıb

Gürcüstanda daha bir hərbçi ölü tapılıb

Gürcüstanın Rustavi şəhərində Müdafiə Qüvvələrinin kapralı ölü tapılıb.

Kanal14.az xəbər verir ki, bu barədə yerli mətbuat yazıb.

Məlumatlara əsasən, hadisə fevralın 9-da baş verib. 31 yaşlı David Turkadzeni dostu yanacaq doldurma məntəqəsində saxladığı maşınında huşsuz vəziyyətdə aşkarlayıb. Hadisə yerinə təcili tibbi yardım briqadası çağırılıb, lakin həkimlər hərbçini həyata qaytara bilməyiblər.

D.Turkadzenin ölümünə səbəbin dəm qazından zəhərlənmə və yaxud dozadan artıq narkotik vasitə qəbulunun olduğu ehtimal edilir.

Gürcüstanın Müdafiə Nazirliyi məsələ ilə bağlı heç bir açıqlama verməyib.

Qeyd edək ki, bu, son günlərdə Gürcüstanda hərbçi ölümü ilə bağlı qeydə alınmış ikinci faktdır. Belə ki, ötən gün Müdafiə Qüvvəllərinin 45 yaşlı zabiti Qori bələdiyyəsinin Ortaşeni kəndində ölü tapılıb. Onun yol qəzası nəticəsində öldüyü ehtimal edilir.