"Yeni layihəmiz Şuşa ilə əlaqədar olacaq. Azərbaycana gəlişimizin əsas səbəbi budur".

"Kanal14.az" xəbər verir ki, bu sözləri jurnalistlərə açıqlamasında türkiyəli aktyor Ertuğrul Şakar deyib.

Onun sözlərinə görə, Şuşa və Qarabağ savaşının film kimi təqdimatına ehtiyac var: "Filmin çəkilişləri yay aylarında başlayacaq. Layihədə həm türk, həm də Azərbaycan aktyorlarının iştirakı nəzərə tutulub”.