Əməkdar rəssam Fəxrəddin Əli 84 yaşında vəfat edib.

"Kanal14.az" xəbər verir ki, bu barədə sənətşünas Ziyadxan Əliyev məlumat verib.

Qeyd edək ki, Fəxrəddin Əli Vəli 1938-ci ildə Zəngəzur mahalında anadan olub. 1958-ci ildə Bakı Rəssamlıq Məktəbinə, oranı bitirib hərbi xidməti başa vurduqdan sonra isə Rəssamlıq İnstitutuna daxil olub.