İsrailin Nazirlər Kabineti vəkil Qali Baarav-Miarunu ölkə hökumətinin hüquq müşaviri (Baş prokuror vəzifəsinə uyğun gəlir - red.) vəzifəsinə təsdiq edib.

"Kanal14.az" xəbər verir ki, bu barədə hökumətin mətbuat xidməti məlumat yayıb.

Hökumətin keçmiş hüquq müşaviri Avixay Mandelblit isə 6 illik səlahiyyət müddətinin başa çatması ilə əlaqədar istefa verib.

Vəkil Baarav-Miara bu vəzifəyə üç namizəd arasından seçilib. Onun namizədliyi ədliyyə naziri Gideon Saar tərəfindən tövsiyə olunub.