Futbol üzrə Azərbaycan millisi mart ayında iki beynəlxalq yoldaşlıq oyunu keçirəcək.

"Kanal14.az" xəbər verir ki, yığma martın 25-də Malta, martın 29-da isə Latviya ilə qarşılaşacaq.

Hər iki oyun Maltada (National Stadium) keçiriləcək və müvafiq olaraq, Bakı vaxtı ilə saat 22:00 və 15:00-da başlayacaq.