Ağcabədi rayon sakinini elektrik cərəyanı vuraraq öldürüb.

Bu barədə "Kanal14.az"a rayon prokurorluğundan məlumat verilib.

Bildirilib ki, fevralın 6-sı saat 15 radələrində rayonun Şənlik kənd sakini, 1982-ci il təvəllüdlü Ehtiram Əmirovun elektrik cərəyanı vurması nəticəsində ölməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.

İlkin araşdırmalarla müəyyən edilib ki, Ehtiram Əmirov Şənlik kəndinə gedən yolun kənarında quraşdırılmış transformatorda təmir işləri görərkən elektrik cərəyanı vurması nəticəsində ölüb.

Faktla bağlı rayon prokurorluğunda araşdırma aparılır.