"Partiyamız adından Prezident Administrasiyasına təkliflərimizi vermişik".

Bunu "Kanal14.az"a açıqlamasında deputat Tahir Kərimli "Siyasi partiyalar haqqında" qanuna dəyişikliklər edilməsi ilə bağlı danışarkən deyib 

Deputat bildirib ki, bununla bağlı müxtəlif fikirlər səsləndirilir, başqa dövlətlərlə müqayisə olunur:

"Məsələn, ABŞ-da açıq tipli partiyadır. Orada üzvlük məcburi deyil. Avropada elə dövlətlər var ki, 50,100 və bəzən 500 nəfər üzvlə də partiyalar təşkil etmək olar. Partiyaların cəmiyyətdə yeri onların demokratik seçkidə iştirakı ilə müəyyən olunmalıdır. Belə ki, hər partiya seçkilərdə hansı dərəcədə özünü göstərə bilir, qalib olur, dövlət yardımını da ona uyğun olaraq obyektiv almalıdır. Yoxsa, bizdə 50-60 partiya var. Biz partiya sədriyik, bəzən heç o partiyaların nə özlərini, nə də liderlərini tapa bilmirik. Azərbaycanda 15 partiya fəaliyyət göstərsə, yaxşı olar".