Norveç hökuməti əcnəbilər üçün ölkəyə səfər qaydalarına dəyişiklik edib.

"Kanal14.az" xəbər verir ki, artıq koronavirus vaksini vurdurmayanlar da Norveçə səfər edə biləcək.

Eyni zamanda, ölkəyə daxil olandan sonra test tələb olunmayacaq.

Uçuşdan 72 saat əvvəl qeydiyyatdan keçmək, 24 saat əvvəl PCR və ya anticism testi təqdim etmək tələbi qalır.

Avropanın qəbul etdiyi vaksin pasportu olanlar uçuşdan əvvəl test verməyə bilərlər.