Gündəm / İqtisadiyyat

BOKT-ların aqrar sektoru maliyyələşdirilməsi üçün yeni tələb qoyulub

BOKT-ların aqrar sektoru maliyyələşdirilməsi üçün yeni tələb qoyulub
 
 
 
 
 
 
 
 
 

 
 
 
 
 
 
 
 
 

Prezident İlham Əliyev "Kənd təsərrüfatına dövlət dəstəyinin və aqrar sahədə lizinq fəaliyyətinin təkmilləşdirilməsi haqqında” 19 dekabr 2018-ci il tarixli fərmanında dəyişiklik edib.

Kanal14.az xəbər verir ki, dövlət başçısının bununla bağlı imzaladığı yeni fərmana əsasən, bundan sonra bank olmayan kredit təşkilatlarının (BOKT) aqrar sektora nizamnamə kapitalından artıq məbləğdə vəsait ayırması üçün bank zəmanəti tələb olunacaq.

Bundan başqa, fərmanda deyilir ki, müvəkkil kredit təşkilatları limitin azaldılması və yaxud ləğv edilməsi barədə Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və Kredit Agentliyinə müraciət edə bilərlər.

Bir il ərzində bir müvəkkil kredit təşkilatına ayrılan limit həmin il üzrə müvəkkil kredit təşkilatlarına veriləcək cəmi limitin 30%-dən çox ola bilməz.

Kredit portfeli digər müvafiq kredit təşkilatına keçirilərkən müvəkkil kredit təşkilatının müraciəti əsasında Müsabiqə Komissiyasının müəyyən etdiyi qaydada kreditin müddəti bir ilə qədər uzadılmaqla bir dəfə restrukturizasiya oluna bilər.