Gündəm

ASCO "ADY Konteyner"lə yeni əməkdaşlıq müqaviləsi imzalayıb

ASCO "ADY Konteyner"lə yeni əməkdaşlıq müqaviləsi imzalayıb
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 

"Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC (ASCO) "Azərbaycan Dəmir Yolları" QSC-nin törəmə müəssisəsi - "ADY Konteyner” MMC ilə fider daşımalarla bağlı yeni əməkdaşlıq müqaviləsi imzalayıb.

Bu barədə Kanal14-ə ASCO-dan məlumat verilib.

Müqaviləyə əsasən, ASCO-nun Dəniz Nəqliyyatı Donanmasına məxsus "Şair Sabir” quru yük gəmisi ilə Ələt-Türkmənbaşı-Ələt limanları arasında konteyner yükü daşınacaq. Gəmi eyni vaxtda 225 ədəd 20 futluq konteyner daşımaq gücünə malikdir.