Gündəm / Cəmiyyət

Bakıda 158 sağlamlıq imkanları məhdud uşağın ilkin qiymətləndirilməsi aparılıb

Bakıda 158 sağlamlıq imkanları məhdud uşağın ilkin qiymətləndirilməsi aparılıb
 
 
 
 
 
 
 
 
 

 
 
 
 

 
 
 
 

"Ötən il Bakı şəhəri üzrə 158 nəfər sağlamlıq imkanları məhdud olan 0-6 yaşlı uşaqların ilkin qiymətləndirilməsi aparılıb".

Kanal14 xəbər verir ki, bunu Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyinin sədri Vüqar Behbudov keçirdiyi brifinqdə deyib.

O bildirib ki, həmin uşaqlardan 118 nəfəri səyyar sosial reabilitasiyaya cəlb olunub.

Sədr deyib ki, hazırda Agentliyin 13 müəssisəsi üzrə 1430 nəfərə sosial xidmət göstərilir.