Azərbaycan Premyer Liqasında Liqada XV turun oyun cədvəli açıqlanıb.

"Kanal14.az" xəbər verir ki, mövsümün ikinci yarısının ilk oyunları iki gün ərzində baş tutacaq.

Son çempion "Neftçi” və lider "Qarabağ” turun ilk günündə qarşılaşacaq. Turun bütün görüşləri "CBC Sport” telekanalı vasitəsilə canlı yayımlanacaq.

Azərbaycan Premyer Liqası

XV tur

7 fevral (bazar ertəsi)

16:00. "Keşlə” – "Zirə”
"ASK Arena”

19:00. "Neftçi” – "Qarabağ”
"Bakcell Arena”

8 fevral (çərşənbə axşamı)
17:00. "Sabah” – "Qəbələ”
"Bank Respublika Arena”

19:15. "Səbail” – "Sumqayıt”
"ASCO Arena”