Nazirlər Kabineti "İxrac-idxal əməliyyatları üzrə gömrük rüsumlarının dərəcələri haqqında” 22 aprel 1998-ci il tarixli qərarında dəyişiklik edib.

"Kanal14.az" xəbər verir ki, bununla bağlı qərarı Baş Nazir Əli Əsədov imzalayıb.

Qərara əsasən, "Gömrük tarifi haqqında” qanunun 19.2-ci maddəsinə uyğun olaraq Dövlət Taxıl Fonduna tədarük edilməsi məqsədilə idxal olunan taxıl və taxıl emalı məhsullar idxal gömrük rüsumundan azad edilib.