Gündəm / Dünya / Səhiyyə

Respublika Reabilitasiya Mərkəzinə qəbul dayandırıldı - Koronavirus

Respublika Reabilitasiya Mərkəzinə qəbul dayandırıldı - Koronavirus

"Kanal14.az" xəbər verir ki, Respublika Reabilitasiya Mərkəzində koronavirusa yoluxma halları aşkarlandığı üşün qəbul dayandırılıb.

Bu barədə Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyinin tabeliyindəki Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin Mətbuat katibi Tural Qurbanov məlumat verib.

O bildirib ki, Respublika Reabilitasiya Mərkəzində əlilliyi olan şəxslərin həm stationar, həm ambulator qaydada tibbi-sosial reabilitasiya xidmətləri ilə təminatı həyata keçirilir.

"Son günlərdə 50 çarpayılıq müəssisədə xidmətlər alan əlilliyi olan şəxslərin bir neçəsində "COVİD-19" virusu aşkarlandığına görə virusun yayılmaması üçün müəssisəyə qəbul 31.01.2022-ci ilədək müvəqqəti dayandırılıb.

Hazırda mərkəzdə profilaktik tədbirlər görülür və dezinfeksiya işləri aparılır. Qeyd olunan tarixdən sonra yenidən qəbula başlanacaq", - T.Qurbanov deyib.