Gündəm / Sosial

Sima Yaqubova: “Kişi pensiyasının tam yarısını qadına verməlidir”

Sima Yaqubova:

"Kişi pensiyaya çıxdı. Tutaq ki, əldə etdiyi pensiya 1500 manatdır. O həmin pensiya məbləğinin yarısını tam-tamına qadına verilməlidir”.

"Kanal14.az" bildirir ki, bu sözləri Vəkillər Kollegiya Rəyasət Heyətinin və Mediasiya Şurası İdarə Heyətinin üzvü Sima Yaqubova Yenisabah.az-a açıqlamasında deyib.

O qeyd edib ki, illər boyu onun evini, təsərrüfatını idarə edən, o işləsin, gələcəkdə pensiyasını alsın deyə özünün pensiya hüququnu qurban verən qadının ən azı ikidə bir məbləğə sahib olmaq hüququ var:

"Kişi pensiyasını qadınla bölməlidir. O, özü könüllü olaraq, bu məbləği bölüşməlidir. Yox əgər könüllü deyilsə, bu təbii ki, məhkəmə qaydasında, ailə mübahisəsi mediasiyasında baş verəcək. Mediasiyada bir razılıq əldə olunacaqsa, bu sazişlə öz təsdiqini tapacaq. Mediasiyada həll olunmasa məhkəmədə həll olunacaq”.