Gündəm / Siyasət / İqtisadiyyat / Sosial / Təhsil

Pedaqoji Universitetdə ŞÜBHƏLİ TENDER - FOTO

Pedaqoji Universitetdə ŞÜBHƏLİ TENDER - FOTO

"Kanal14.az"  "DogruXeber.az"a  istinadən xəbər verir ki, "Dövlət Satınalma Portalı"nda 21.01.2022-ci il tarixində Azərbaycan Dövlət Pedaqoji Universiteti "Beynəlxalq Layihələr Xidməti" MMC (VÖEN -1303082441) və "Azərbaycan Film Akademiyası" MMC (VÖEN - 1305450721) ilə, 24.01.2022-ci il tarixində isə "AzEduNet" MMC (VÖEN - 1301531871) ilə tender müqaviləsi bağlaması haqqında məlumat dərc edilib.

Pedaqoji Universitetdə ŞÜBHƏLİ TENDER - FOTO


Lakin, maraqlıdır ki, portalda "100 illik yubileyin təşkili üzrə xidmətlərin göstərilməsinə dair""100 illik yubileylə bağlı sənədli filmin çəkilişi" və "2022-ci il üçün fiber-optik, ADSL və simsiz rabitə kanalları ilə Təhsil sisteminin korporativ intranet və internet şəbəkələrinə çıxışın təmin edilməsi"ndən bəhs edilən müqavilələrin katirovka sorğusu barəsində heç bir məlumat göstərilməyib.

Qeyd: Dərc etdiyimiz məlumatlarla bağlı cavabdeh tərəflərin də açıqlamasını dinləməyə və dərc etməyə hazırıq.

Pedaqoji Universitetdə ŞÜBHƏLİ TENDER - FOTO