Gündəm / Hadisə

Bakıda mağazada baş verən oğurluq kameralara düşdü...

Bakıda mağazada baş verən oğurluq kameralara düşdü...

"Kanal14.az" xəbər verir ki, Bakıda mağazadan oğurluq olub.

Bu barədə mağaza rəhbərliyi tərəfindən məlumat verilib. Bildirilib ki, hadisə yanvarın 22-də paytaxtın Nəsimi rayonu, Bülbül prospekti 38A ünvanında yerləşən mağazada baş verib.

Mağazaya müştəri kimi daxil olan şəxs satıcının diqqətinin yayınmasından istifadə edərək dəyəri 200 manat aralığında olan "Smart” saatı götürərək mağazadan uzaqlaşıb.

Məsələ ilə bağlı Nəsimi Rayon Polis İdarəsinin 22-ci Polis Şöbəsinə məlumat verilib.

Faktı Nəsimi Rayon Polis İdarəsinin 22-ci Polis Şöbəsindən Oxu.Az-a təsdiq ediblər. Bildirilib ki, faktla bağlı araşdırma aparılır.

Oğurluq hadisəsinin anbaan görüntüləri mağazanın təhlükəsizlik kameralarına düşüb.//oxu.az