Gündəm / Hadisə

İmişlidə avtomobili konstruksiya dəyişikliyi edərək idarə edən sürücü saxlanıldı

İmişlidə avtomobili konstruksiya dəyişikliyi edərək idarə edən sürücü saxlanıldı

Kanal14.az: - İmişli Rayon Polis Şöbəsinin Dövlət Yol Polisi Bölməsinin əməkdaşları tərəfindən rayon ərazisində yol hərəkəti qaydalarının pozulması hallarının qarşısının alınması məqsədi ilə nəzarət-profilaktik tədbirlər davam etdirilir.

DİN-in Mətbuat Xidmətinin Şirvan regional qrupundan "DogruXeber.az"a verilən məlumata görə, keçirilən tədbirlərlə avtomobildə konstruksiya dəyişikliyi edən sürücü, rayon sakini Ş.İsgəndərli idarə etdiyi nəqliyyat vasitəsilə saxlanılaraq DYPB-nin müvəqqəti duracağına gətirilməsi təmin edilib.

Yol patrul xidmətinin əməkdaşları qayda pozuntusuna yol vermiş gənclə izahedici söhbətlər apararaq, yol hərəkəti qaydalarına ciddi riayət etməyinin vacibliyi çatdırıblar. Qaydaları pozan sürücü barəsində qanunamüvafiq tədbir görülüb və o, 150 manat məbləğində cərimə olunub.

İmişlidə avtomobili konstruksiya dəyişikliyi edərək idarə edən sürücü saxlanıldı