Gündəm / İqtisadiyyat
14:38 / 24.01.2022
49

Azərbaycanın ticarət dövriyyəsi kəskin artıb: İxrac həcmi idxalı 2 dəfə üstələyib

Azərbaycanın ticarət dövriyyəsi kəskin artıb: İxrac həcmi idxalı 2 dəfə üstələyib

2021-ci ildə Azərbaycanın xarici ticarət dövriyyəsinin həcmi 33 912 728 390 dollar olub.

"Kanal14.az" xəbər verir ki, bu barədə Dövlət Gömrük Komitəsinin Gömrük Tariflərinin Tənzimlənməsi və Ödənişlər Baş İdarəsinin şöbə rəisi Faiq Orucov məlumat verib.

Onun sözlərinə görə, 2020-ci illə müqayisədə ticarət dövriyyəsinin həcmi 38,6 faiz artıb:

"2021-ci ildə idxal edilmiş məhsulların dəyəri 11 706 057 270 dollar, ixrac edilən məhsulların dəyəri isə 22 206 671 120 dollar olub. Nəticədə xarici ticarət dövriyyəsində 10 500 613 850 dollar həcmində müsbət saldo yaranıb”.

Qeyd edək ki, rəqəmlərə əsasən 2020-ci illə müqayisədə idxal həcmi 9,1 faiz, ixrac həcminin dəyəri isə 61,7 faiz artıb. Əvvəlki ilə nəzərən müsbət ticarət saldosunun həcmi 3,5 dəfə artıb.