Gündəm / Hadisə

Bakıda uşaq bağçasından oğurluq olub

Bakıda uşaq bağçasından oğurluq olub

 

"Kanal14.az"  xzəbər verir ki, Bakının Nərimanov rayonunda uşaq bağçasının damından 1200 manat dəyərində naqil oğurlanıb.

Bu barədə Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidməti məlumat yayıb.

Bildirilib ki, Nərimanov Rayon Polis İdarəsinin 18-ci Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində rayon ərazisindəki inzibati binaların birindən 50 ədəd pəncərə, pəncərə çərçivələri və 60 metr naqil, bir uşaq bağçasının damından isə 1 200 manat dəyərində naqil oğurlamaqda şübhəli bilinən Cəbrayıl rayon sakini R.Şirinov saxlanılıb.

Faktla bağlı araşdırma aparılır.