Gündəm / Hadisə

Bakıda yarımtikilidə yanğın söndürülüb - FOTO

Bakıda yarımtikilidə yanğın söndürülüb - FOTO

"Kanal14.az" xəbər verir ki, Bakıda yarımtikilidə yanğın baş verib.

Bu barədə Fövqəladə Hallar Nazirliyinin (FHN) mətbuat xidmətindən məlumat verilib.

Bildirilib ki, yanğın Abbas Səhhət küçəsində yerləşən Baku Inn Hotellə üzbəüz yarımtikilidə qeydə alınıb.

FHN-in Yanğından Mühafizə Xidmətinin çevik müdaxiləsi nəticəsində yanğın qısa müddətdə söndürülüb.

Hadisənin elektrik naqillərində baş verən qısaqapanma nəticəsində baş verdiyi qeyd olunub.