Gündəm / İqtisadiyyat
09:50 / 22.01.2022
56

Azərbaycan manatın məzənnəsini sabit saxlayacaq

Azərbaycan manatın məzənnəsini sabit saxlayacaq

Kanal14.az: - Güman edirik ki, Azərbaycan manatın ABŞ dollarına qarşı 1 dollar/1,7 manat səviyyəsində olan sərt bağlılığını qoruyub saxlayacaq.

Bunu "S&P Global Ratings" ("S&P") beynəlxalq reytinq agentliyinin analitikləri deyir.

Agentlik bildirir ki, məzənnə xarici valyuta bazarına müntəzəm müdaxilələr ilə dəstəklənəcək.

"Buna baxmayaraq, fikrimizcə, karbohidrogen qiymətləri kəskin enərsə və uzun müddət aşağı qalarsa, məzənnənin tənzimlənməsi imkanı nəzərdən keçirilə bilər. Bu, Azərbaycan Mərkəzi Bankını 2015-ci ildə yaşadığı xarici valyuta buferlərinin əhəmiyyətli itkisinin qarşısını almağa kömək edəcək", - S&P-nin analitikləri bildirib.