Gündəm / Sosial

Tağıyevin heykəlinə zərər verənlərlə bağlı QƏRAR

Tağıyevin heykəlinə zərər verənlərlə bağlı QƏRAR

"Kanal14.az"ın məlumatına görə Səbail Rayon Məhkəməsi Hacı Zeynalabdin Tağıyevin heykəlinə zərər vuran şəxslə bağlı qərar çıxarıb.

Heykələ zərə vurmaqda təqsirləndirilən Vüqar Tağızadə və Allahverdi Məmmədli barəsində polisin nəzarəti altına verilmə qətimkan tədbiri seçilib.

Qeyd edək ki, bir neçə gün öncə sosial şəbəkələrdə xeyriyyəçi Hacı Zeynalabdin Tağıyevin paytaxtın Səbail rayonu ərazisində ucaldılan heykəlinə zərər vurulmasını əks etdirən görüntülər yayılmışdı. Qısa müddətdə heykəlin qoparılan elementi (təsbeh) heykəltəraşın iştirakı ilə bərpa edilib.

Xatırladaq ki, Səbail Rayon Polis İdarəsi əməkdaşları tərəfindən həyata keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində əməli törətməkdə şübhəli bilinən şəxslər - 1991-ci il təvəllüdlü V.Tağızadə, 1996-cı il təvəllüdlü A.Məmmədli ilə müəyyən olunaraq saxlanılmışdı. Onlar barəsində Cinayət Məcəlləsinin 221-ci (Xuliqanlıq) və 246-cı (Tarix və mədəniyyət abidələrini qəsdən məhv etmə və ya korlama) maddələri ilə cinayət işi başlanılıb, istintaq aparılır.