Gündəm / Hadisə

“Azərbaycan Dəmir Yolları"na məxsus tikili yanıb


"Kanal14.az" xəbər verir ki, Bakı şəhərinin Qaradağ rayonunda "Azərbaycan Dəmir Yolları" QSC-yə məxsus ümumi sahəsi 100 m² olan birmərtəbəli tikilinin (işçilərin soyunub-geyinməsi üçün istifadə olunur) yanar konstruksiyaları yanıb.

Fövqəladə Hallar Nazirliyindən (FHN) verilən məlumata görə, yaxınlıqdakı vaqonlar və əraziyə yığılan şpallar yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.