Gündəm / İqtisadiyyat

Azərbaycanda bu siqaret də - BAHALAŞDI

Azərbaycanda bu siqaret də - BAHALAŞDI

Azərbaycanda marketlərdə pərakəndə satılan Amerikanın siqaret brendi "Kent”lərin qiymətində də bahalaşma başlayıb.

"Kanal14.az" Banker.az-a istinadən xəbər verir ki, supermarketlərdə satılan "Kent” markalarının hər qutusunda 9-10 qəpik bahalaşma olub.

Belə ki, bu günə qədər 3.60 manata satılan hər qutusu hazırda 3.69 – 3.70 manata satılır.

Qeyd edək ki, ötən həftənin cümə günü bir çox siqaretlər bahalaşsa da bu "Kent”də müşahidə edilmirdi.