Gündəm / Sosial / Səhiyyə

Almanın tükənməz faydaları

Almanın tükənməz faydaları

Almanın tükənməz faydaları

Kanal14.az:
 - Almanın meyvəsindən, qurudulmuşundan və hazırlanan içkilərindən istifadə edilir. Alma hər il yarpaqlarını dəyişən ağaclardan olub ağ-çəhrayı rəngdə çiçək açır. Onun meyvələri növündən asılı olaraq yaz və payız aylarında yetişir. Alma ağacı həm bağlarda, həm də həyətyanı sahələrdə yetişən ağacdır. Alma ağacının çiçəkləri yaz aylarında bağları bəzəyir.

Alma meyvəsinin rəngi və dadı növündən asılı olaraq fərqli olur. Alma ağacına yaxşı qulluq edildikdə arzu olunan qədər məhsul əldə eləmək olur. O istidə və kölgədə də bar verir.Alma ağacı yanlız nəmişlik və çiçəklərini don vurduqda bar vermir. Almanın bəzi dekorativ növləri vardır ki, onları bağlarda və parklarda yetişdirirlər.

Alma bərk, özünəməxsus dada malik bir meyvədir. Bərk olmasına baxmayaraq onu asanıqla dişləmək mümkün olur. İndi almanın müxtəlif şəraitdə uyğun olaraq yetişə bilən növləri çoxdur. Bizim bölgələrdə almanın əsasən Ağ alma, Melba, Kalvil, Sinab,Qızıləhməd, Renet, Anton, Spartan, Simirenko, Conotan,Qafqaz, Borovinko və s. növləri yetişdirilir. Həyətyanı sahədə alma ağacı yaxşı qulluq olunduqda 100 il, yabanı halda isə 300 il ömür sürə bilir. O əkildikdən 4-12 il sonra bar verməyə başlayır. O 40-50 il bar verə bilir. Alma 8-12 gün müddətində bütün çiçəklərini açır, amma bu çiçəklərdən 30%-i meyvəyə çevrilir. Alma ağacı soyuğa davamlı ağacdır O - 42*C-yə davam gətirə bilir. Almanın vətəni Orta Asiya ölkələri sayılır. Alimlərin araşdırmaları alma ağacını ilk dəfə Qazaxıstanın Çinlə sərhəd olan bölgələrində yetişdiyini söyləyirlər. Alimlər almanın müxtəlif meyvələrin təbii hibridləşməsi sayəsində əmələ gəldiyini düşünür. Bu barədə Berri Cuniper "Alamnın tarixi” adlı kitabında çoxlu məqalələr yazmışdır.

Kitabda yazılanlara görə şirin almanı ilk dəfə Qazaxıstan dağlarından ayılar yaymağa başlamışlar. Sonralar isə alma Avropa ölkələrinə və Fars körfəzinə qədər yayılmış və alma bağları formalaşmağa başlamışdır. Indi dünyanın bir çox ölkələrində alma bağları və müxtəlif növlərdə alma növləri var. Alma çox da yüksək kalorili meyvə hesab edilmir. 100 qram almada 47 kKalori var. Bu meyvənin tərkibində yağların miqdarı çox azdır, amma karbohidratlar yetərincə insanı tox saxlaya bilir. 100 qram qurudulmuş almada isə 253 kKalori olur. Almanın tərkibi 80% sudan, 20% isə digər maddələrdən ibarətdir. Bu maddələrə kalium, natrium, kalsium, maqnium, fosfor, dəmir, yod, A, B1, B3, PP, C və digər faydalı vitaminlər var. Alma az kaloriyə malik və dieta saxlayanlar üçün ideal qida maddəsi hesab edilir. Almanın tərkibi təbii turşularla(alma, limon, üzüm və s.) zəngindir. Almanın tərkibində olan maddələr bağırsaqlarda yığılıb qalmış artıq maddələrin xaric olunmasına, bağırsaqların təbii yollarla təmizlənməsinə səbəb olur. Sağlam bağırsağın uzun ömürlülüyün səbəbi olduğunu nəzərə alsaq almanın insan üçün nə qədər faydalı olduğunu söyləməyə ehtiyac qalmaz. Alma yemək bütün insanlar üçün çox faydalıdır, alma şirəsi içmək hətta, xəstə adamlar üçün məsləhət görülür.

İnsanın hər səhər aqarına 1-2 turş alma yeməsi çox faydalıdır. Orqanizmin yaxşı təmizlənməsi üçün 2-3 həftədən bir alma günü təyin emək məsləhət görülür. Bu zaman təyin olunmuş gün ərzində yanlız alma yemək lazımdır. Bu mini-alma dietası adlanır və bağırsaqların təmizlənməsinə səbəb olur. Almanın tərkibində nadir hallarda tapılan G vitamini var. Onun tərkibndə olan A vitamini portağalın tərkibindəkindən daha çoxdur. Bu da almanı orqanizm üçün çox vacib meyvə olmasına səbəb olur. Təzə dərilmiş alma yemək mədə şirəsinin artmasına səbəb olur. Almanın tərkibində təbii antibiotiklər var. Hər gün alma yemək qanda olan qızılı stafilokokkların məhv olmasına, toksinlərin orqanizmdən xaric olmasına, üz dərisindəki sızanaqların təmizlənməsinə, qripp əmələ gətirən virusların məhv olmasına səbəb olur. Alma yemək podaqra və böyrək daşı xəstəliklərinin əmələ gəlməsinin qarşısını alır. Mütəxəssislər sidiyin analizində sidik cövhəri, duzlar və daşlar çox olan adamlara hər gün alma yeməyi məsləhət bilir. Alma ödqovvucu xüsusiyyətə malik olduğu üçün öd kisəsinin boşalmasına səbəb olur. Öd kisəsində durğunluq olan zaman təzə sıxılmış alma şirəsi içməkdə fayda var. Almanın tərkibində olan şəkər qanda şəkərin miqdarının artmasına səbəb olmur, xolesterini azaldır. Hər gün alma yemək limfa vəzlərinin də təmizlənməsinə səbəb olur. Hər gün alma şirəsi içməyin beyin fəaliyyətinə və yaddaşsızlıq zamanı çox faydlı olduğunu söyləyən həkimlərə də rast gəlinir. Almanın tərkibində olan bioloji aktiv maddələr, vitaminlər və fermentlər xərçəng hüceyrələrinin əmələ gəlməsinin qarşısını alır.