Gündəm / Hadisə

Saatlıda mağazada yanğın olub

Saatlıda mağazada yanğın olub

Saatlı rayonunda mağazada yanğın olub.

Bu barədə "Kanal14az”a Fövqəladə Hallar Nazirliyinin Mətbuat Xidmətindən məlumat verilib.

Bildirilib ki, rayonun Çolpı kəndində ümumi sahəsi 150 m² olan birmərtəbəli ərzaq mağazasının dam örtüyünün yanar konstruksiyaları 100 m² sahədə, içərisində 5 ədəd soyuducu, 1 ədəd kondisioner və ərzaq malları yanıb. Mağazanın qalan hissəsi yanğından mühafizə olunub.

Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.