Gündəm / Siyasət / Dünya

Estoniya XİN başçısı: "Rusiyanın Ukrayna sərhədinə qoşun yığması bizi narahat edir”

Estoniya XİN başçısı:

"Rusiyanın Ukrayna sərhədinə qoşun yığması bizi narahat edir”.

"Kanal14.az” xəbər verir ki, bunu Estoniya xarici işlər naziri Eva-Mariya Liimets türkiyəli həmkarı Mövlud Çavuşoğlu ilə birlikdə keçirdiyi mətbuat konfransında deyib.

"Türkiyə, Estoniya və digər NATO ölkələri bu barədə ortaq mesajlar verirlər. Təhlükəsizliyi gücləndirməyin tərəfdarıyıq. Sabitliyə necə töhfə verə biləcəyimiz ətrafında düşünürük”, - o bildirib.